"Ruhani və Laricani İslam Cumhuriyyəti ilə "ikiqütblülüyünü gücləndirməyə" çalışırlar."
İranın keçmiş prezidenti Həsən Ruhani və İslam Şurası Məclisinin sabiq başçısı Əli Laricani "sistem ilə ikiqütblülüyü gücləndirmək" istəyirlər.
Bizim.Media "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, keçmiş icra və qanunvericilik başçılarının "siyasi ittifaqı" hələ "xarici görünüşə" malik deyil, lakin "tezliklə" onlar "ikiqütblülüyü gücləndirmək" üçün rəsmi olaraq bir masa ətrafında toplaşaraq "yeni mahiyyət"lərini açıqlayacaqlar.
Xatırladaq ki, Əli Laricaninin bu ilki prezident seçkilərinə qatılmaq üçün səlahiyyətlərinin Negəhban (Nəzarət) Şurası tərəfindən rədd edilməsi İran rəsmiləri arasında ixtilaflara yol açıb.
Onun ardınca, məhkəmə orqanlarında çalışmış qardaşı Sadiq Laricani İbrahim Rəisinin prezident olaraq etibarnaməsini imzalamamasından sonra Negəhban Şurası tərəfindən işindən uzaqlaşdırılıb.
Bizim.Media