“Nüvə obyektlərinə hücum planlarının bir hissəsi tezliklə hazırlanacaq”.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “The Times of Israel” qəzeti yayıb.
Mənbə yazır ki, İsrail Hərbi Hava Qüvvələrinin “İranın atom təsisatlarına hücum” təlim proqramı gələn ilin əvvəlindən başlayacaq və missiyanın maliyyələşməsi və yenilənməsinə dair təlim planı artıq müəyyən edilib.
"Azad İran" Teleqram kanalının xəbərinə görə, atom mərkəzlərinə hücum planlarının bir hissəsi tezliklə hazırlanacaq, bəzi digər planların hazırlanması isə bir il çəkəcək.
Raporda əlavə olunur ki, Suriyada İranın dəstəklədiyi silahlı qruplaşmalara qarşı hücumlar çətinləşib.
İsrail Müdafiə Nazirliyi son aylarda atom razılaşmasının canlandırılmasına dair danışıqların dayandırılmasını nəzərə alaraq, İranın atom mərkəzlərinə qarşı etibarlı hərbi təhdidə hazırlaşmaq qərarına gəlib.
Bizim.Media