“Twitter” 2021-ci ildə xidmət çeşidini genişləndirmək üçün fəaliyyətini sürətləndirib.
Bizim.Media xəbər verir ki, şirkət Böyük Britaniyada məşhur qrup söhbət proqramlarından biri olan “Sphere”i alıb.
Tərəflərdən heç biri alqı-satqının “Twitter”ə hansı qiymətə başa gəldiyi barədə rəsmi açıqlama verməyib.
İstifadəçilərə qruplar quraraq ünsiyyət yaratma imkanı verən proqram gələcəkdə “WhatsApp”ın rəqib kimi qiymətləndirilir.
Bizim.Media