Aktrisa Svetlana Svetliçnaya Moskvada itkin düşüb.
Bizim.Media Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 81 yaşlı aktirsanı oktyabrın 21-dən sonra görən olmayıb.
Aktrisanın deminsiyadan əziyyət çəkdiyi və telefon nömrəsini unuda bildiyi deyilir. Onun səhhəti çəkiliş zamanı başından zədə almasından sonra pisləşib.
Qeyd edək ki, aktrisanın ən yaddaqalan obrazı "Brilyant əl" filmindəki cazibədar Anna Sergeyevna roludur.
Bizim.Media