Müqəddəs Sinodun qərarı, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin Fərmanı əsasında Bakı Yeparxiyasının din xadimi iqumen Aleksi (Nikonorov) yüksək vəzifəyə gətirilib.
Bizim.Media xəbər verir ki, Aleksi Bakıdakı Müqəddəs Jen-Mironisiç kafedral kilsəsinin baş rəisi və Bakı Yeparxiya İdarəsinin katibi təyin edilib.
Qeyd edək ki, Ata Aleksi "Qafqaz Albaniyasında Xristianlıq" (2004), "Qafqaz Albaniyası Kilsəsinin Tarixi" (2021) kimi məşhur kitabların müəllifidir.
Bizim.Media