Özbəkistanda keçirilən prezident seçkiləri başa çatıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, ölkədə fəaliyyət göstərən 9 925 seçki məntəqəsi Bakı vaxtilə saat 19.00-da bağlanıb.
19.9 milyon seçicidən 70%-nin seçkilərdə iştirak etdiyi bildirilib.
Qeyd edək ki, Özbəkistanın xarici ölkələrdə olan 54 məntəqə və 380 mobil məntəqəsində vaxtından əvvəl səsvermə təşkil edilib.
Oktyabrın 14-dən 20-dək baş tutan səsvermədə 400 mindən çox vətəndaş iştirak edib.
Bizim.Media