Azərbaycana dost ölkədə bu gün prezident seçkiləri keçirilir - VİDEO

Bu gün Özbəkistanda növbəti prezident seçkiləri keçirilir. Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı məlumata görə, seçki siyahılarına səs hüququ olan 19, 86 milyon seçicinin adı salınıb. Ölkədə 14 dairə seçki komissiyası, 10 760 seçki məntəqəsi fəaliyyət göstərir.

Bizim.Media xəbər verir ki, prezident postu uğrunda mübarizəyə Özbəkistan Liberal-Demokrat Partiyasından indiki Prezident Şavkat Mirziyoyev, Milli Dirçəliş Demokratik Partiyasından Əlişir Kadırov, Ekoloji Partiyadan Narzulla Oblomuradov, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov və Xalq-Demokratik Partiyasından Maqsuda Vorisova qatılıblar.

Özbəkistan qanunlarına görə, yalnız siyasi partiyaların liderləri və nümayəndələri prezident seçkilərində iştirak edə bilərlər.

Seçkilərə Azərbaycan Milli Məclisi sədrinin müavini Fəzail İbrahimlinin başçılığı ilə parlament nümayəndə heyəti də müşahidəçi kimi qatılıb. Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Cavanşir Paşazadə və Aydın Mirzəzadə MDB PA-nın xətti ilə, deputat Ağalar Vəliyev isə TÜRKPA-nın xətti ilə seçkiləri müşahidəçi kimi izləyir.

Azərbaycandan gələn müşahidəçilər gün ərzində bir sıra seçki məntəqəsində olacaq, seçkilərin gedişini izləyəcəklər.

Özbəkistanda son prezident seçkiləri 2016-cı ilin dekabrında keçirilib və Şavkat Mirziyoyev seçicilərin 88.61 faizinin səsini toplayıb.

Özbəkistanda prezident 5 il müddətinə seçilir.

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Biləsuvarda DƏHŞƏT – İki gənc bıçaqlandı

6 ildən sonra konsert verəcək - 40 dəqiqəyə bütün biletlər satıldı

BİZİM TƏQVİM:Mayın 7-də baş vermiş tarixi hadisələr

Kredit götürmək istəyənlərin DİQQƏTİNƏ: Faizlər qalxa bilər

Yaz gəldi, allergiyanız "oyandı"? - Qarşısını alan GÖYƏRTİ

Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - VİDEO

İtaliyada xaos: Tovuzquşular şəhəri "işğal edib"

Tualet kağızına görə boşanmaq istəyən cütlük - TƏFƏRRÜAT

Daşkəsənə yazda QAR YAĞDI - VİDEO

Daşkəsənə yazda QAR YAĞDI - VİDEO

Pulu ən yaxşı idarə edən 4 bürc: Maliyyə ustaları

Bakıda binanın liftlərinin detalları oğurlandı: Həmin hissələrin satışı ölkədə yoxdur - VİDEO

İsrail əsgəri Livanda Məryəm ananın heykəlini təhqir etdi - FOTO

Kuryerlərin haqqının azaldılması narazılığa səbəb olub - VİDEO

Tramp ABŞ-İran memorandumunun imzalanması üçün VAXT təyin etdi

Corcinanın 153 minlik çantası gündəm oldu - FOTO

“Yaxşı insanların ölümü də faydalı olur” - Asif həkimin qardaşı/VİDEO

Erməni tərcüməçi dünyasını dəyişdi: Türkiyə ilə danışıqlarda iştirak edirmiş...

Aygün Kazımova günlər sonra ilk dəfə SƏHNƏYƏ ÇIXDI - VİDEO

Netanyahu ordunu hazırlıq vəziyyətinə gətirmək barədə ƏMR VERİB

Zaxarova xarici ölkələrə çağırış etdi: Diplomatlarınızı Kiyevdən çıxarın - VİDEO

Bu il ali təhsil müəssisələrinə neçə plan yeri ayrılacaq? - RƏSMİ/VİDEO

Alça yedikdən sonra mütləq bunları edin - XƏBƏRDARLIQ

Hörmüz boğazında qalan gəmilərin sayı AÇIQLANIB

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktlar - VİDEO

End of content

No more pages to load

RADİO