NATO modernləşmə başa çatdıqdan sonra Latviyadakı Lielvarde hərbi aerodromunu tam istifadəyə verib.
Bizim.Media xəbər verir ki, Riqanın cənub-şərqində yerləşən Lielvarde aviabazası hələ 1970-ci ildə Sovet ordusu tərəfindən yaradılıb. Aviabaza Baltikyanı ölkələrdə ən böyüyü olub.
“Lielvarde aerodromu günün istənilən vaxtında və istənilən hava şəraitində müttəfiq ölkələrin təyyarələrini qəbul edə bilir”, – NATO-nun məlumatında deyilir.
Baltikyanı bölgədə patrul xidmətində olan NATO döyüşçüləri hava limanından alternativ eniş yeri kimi istifadə edə biləcəklər.
Bizim.Media