Rusiya Federasiyasının İrkutsk vilayətində, Lena çayının su hövzəsində “Semyon Dejnev” neft tankerində partlayış baş verib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb.
Mənbə yazır ki, nəticədə iki nəfər yaralanıb. Hadisə Moskva vaxtı ilə saat 10:30 radələrində qeydə alınıb.
Yaralı ekipaj üzvləri təcili yardıma təhvil verilib.
Bizim.Media