Kiprdə tutulan azərbaycanlı killerlə bağlı MÜƏMMA

Kiprdə sentyabrın 27-də tutulan, bu ölkədə israilli biznesmenləri öldürmək üçün göndərilən azərbaycanlı killer ətrafında müəmma davam edir. 

Bizim.Media İsrail KİV-lərinə istinadən xəbər verir ki, Rusiya pasportu daşıyan 38 yaşlı muzdlu qatil bu günə qədər polisin heç bir sualına cavab verməyib.

Ötən gün məhkəmə onun həbs müddətini uzadıb və araşdırma davam edir.

İsrail hökuməti və müdafiə naziri bundan əvvəl bəyan etmişdi ki, killer Kiprə İranın xüsusi xidmət orqanları tərəfindən göndərilib, onun məqsədi israilli iş adamlarını öldürmək olub. Killerin hədəfində olanlardan biri də Kiprdə və Londonda yaşayan israilli milyarder, 5.6 milyard dollar sərvətə malik olan Tedi Saqidir.

İran isə bu işdə əlinin olduğunu inkar edir. “Jerusalem Post” nəşrinin yazdığına görə, İranın Kiprdəki səfirliyi əhvalatdan xeyli keçmiş-ötən gün ilk dəfə iddialara cavab verib. Bu iddiaları “sionist rejimin İranın ünvanına yönəlmiş növbəti əsassız ittihamı” adlandırıb.
 

“Bu rejim həmişə İslam Respublikasının ünvanına bu cür əsassız ittihamlar irəli sürür və hər hansı sübut olmadan İrana qarşı mənfi atmosfer formalaşdırmağa çalışır”,-səfirliyin bəyanatında deyilir.


“Fars” agentliyi isə qeyd edir ki, bir tərəfdən İsrail mediası killerin milyarder Tedi Saqinin rusiyalı ortağı tərəfindən borc məsələsinə görə onu öldürmək üçün göndərildiyini yazır, digər tərəfdən isə İsrail hökuməti İrana qarşı belə ittihamlar irəli sürür.

Kipr polisi də hələlik hücum planının arxasında İranın dayandığını təsdiq etmir. Polisin son məlumatına görə, killer öz hədəflərini vurandan sonra elektrosamokatla adanın türk hissəsinə qaçmağı planlaşdırmışdı. Killerin adanın yunan hissəsində qaldığı yer təsbit edilməyib, bu baxımdan ehtimal edilir ki, o adanın şimal hissəsində qalıb.

İndi polis killerin telefon məlumatları əsasında onunla əlbir olan şəxsləri müəyyən etməyə çalışır, bu şəxslərin adanın türk hissəsində olduqları təxmin edilir.

İsrail mətbuatı Kiprdəki bu qəsd planının İranın Azərbaycanla münasibətlərində gərginliyin yaşandığı vaxta təsadüf etdiyini xatırladır. Və bildirir ki, İran Azərbaycanı İsraillə münasibətlərinə görə sıxışdırmağa çalışır (virtualaz.org).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya Kiyevi belə vurdu: Dağıntılar var – VİDEO

Rusiya Kiyevi belə vurdu: Dağıntılar var – VİDEO

Çempionlar Liqası: "Sabah"ın III təsnifat mərhələsindəki rəqibi bəlli oldu

Çempionlar Liqası: "Sabah"ın III təsnifat mərhələsindəki rəqibi bəlli oldu

ABŞ gecə boyu İranın bir sıra bölgəsinə aviazərbələr endirdi

ABŞ gecə boyu İranın bir sıra bölgəsinə aviazərbələr endirdi

Sürüşmə səbəbindən bağlanan yol nə vaxt açılacaq? - VİDEO

Sürüşmə səbəbindən bağlanan yol nə vaxt açılacaq? - VİDEO

Tünzalə Ağayeva yayda ancaq bununla qidalanır – VİDEO

Tünzalə Ağayeva yayda ancaq bununla qidalanır – VİDEO

Yaponiyada yerli əhali sürətlə azalır – Cəmiyyət qocalır

Yaponiyada yerli əhali sürətlə azalır – Cəmiyyət qocalır

Azərbaycanda suvarma suyu çatışmayan rayonların SİYAHISI

Azərbaycanda suvarma suyu çatışmayan rayonların SİYAHISI

Öz xoşbəxtliklərinə mane olan BÜRCLƏR

Öz xoşbəxtliklərinə mane olan BÜRCLƏR

Zidan gəldi, Fransa millisinin loqosu dəyişdi - FOTO

Zidan gəldi, Fransa millisinin loqosu dəyişdi - FOTO

ABŞ-də məktəblər ilk dəfə olaraq dronlarla qorunacaq

ABŞ-də məktəblər ilk dəfə olaraq dronlarla qorunacaq

Messi "İnter Mayami"yə qayıtdı - FOTO

Messi "İnter Mayami"yə qayıtdı - FOTO

Nigar Camal təcili əməliyyat olundu - FOTO

Nigar Camal təcili əməliyyat olundu - FOTO

“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”

“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”

Yaxın zamanda maliyyə uğuru qazana biləcək BÜRCLƏR

Yaxın zamanda maliyyə uğuru qazana biləcək BÜRCLƏR

Nişanlı cütlüyün rəqs görüntülərini “TikTok”da yaydı, HƏBS OLUNDU

Nişanlı cütlüyün rəqs görüntülərini “TikTok”da yaydı, HƏBS OLUNDU

ABŞ və Səudiyyə Ərəbistanından İraqa birgə zərbə: SEPAH müşavirləri həlak oldu

ABŞ və Səudiyyə Ərəbistanından İraqa birgə zərbə: SEPAH müşavirləri həlak oldu

Yüksək maaşlı, lakin az tanınan PEŞƏLƏR: Gənclər onları niyə seçmir?

Yüksək maaşlı, lakin az tanınan PEŞƏLƏR: Gənclər onları niyə seçmir?

Kino sevənlərə şad xəbər: Azərbaycanda 7 gün pulsuz izləmək olacaq - FOTO

Kino sevənlərə şad xəbər: Azərbaycanda 7 gün pulsuz izləmək olacaq - FOTO

Fərrux Sədirov İŞDƏN ÇIXARILDI

Fərrux Sədirov İŞDƏN ÇIXARILDI

Boş qalan “Sədərək” bazarının satıcıları bu üsulla pullana bilərlər

Boş qalan “Sədərək” bazarının satıcıları bu üsulla pullana bilərlər

Maaş və pensiya kartlarında YENİLİK

Maaş və pensiya kartlarında YENİLİK

Xanım səfirlərin sayı ÜÇƏ ÇATDI

Xanım səfirlərin sayı ÜÇƏ ÇATDI

FED uçot dərəcəsini sabit saxladı

FED uçot dərəcəsini sabit saxladı

Kişi vədinə əməl etdi: Argentina uduzdu, arvadını boşadı

Kişi vədinə əməl etdi: Argentina uduzdu, arvadını boşadı

End of content

No more pages to load

RADİO