Türkiyədə İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
Bizim.Media xəbər verir ki, əməliyyat zamanı İnterpol xətti ilə qırmızı bülletenlə axtarışda olan qadın terrorçu saxlanılıb.
İŞİD-in Suriyadakı düşərgəsində təlim keçən Rusiya əsilli A.R. Ankarada gizlənirmiş.
Qanunsuz yolla Türkiyəyə keçən terrorçunun gizləndiyi evdən 4800 dollar, 8000 rubl və 16000 lirə, çoxsaylı rəqəmsal materiallar və saxta pasportlar aşkarlanıb.
Ankara polisi onun Türkiyədə terror aktı həyata keçirməyi planladığını açıqlayıb.
Oral Mədənçi, Bizim.Media
