ОFD.ru saytının analitikləri ilin sonuna qədər Rusiyada siqaretlərin orta qiymətinin bir qutu üçün 140-145 rubl olacağını deyib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” nəşri yayıb.
Mənbə yazır ki, ilin birinci yarısında bu qiymət 135,8 rubl təşkil edib.
Analitiklərin dediyinə görə, bir qutu siqaretin orta qiyməti 2020-ci ildən 12,4% artıb. İlk növbədə bu, tütün və tütün məmulatlarına aksiz vergilərinin artması ilə əlaqədardır.
Bizim.Media