Oktyabrın 6-sı saat 22:00 radələrində Pakistanın Bəlucistan əyalətində 5.7 bal gücündə zəlzələ baş verib.
Bizim.Media Pakistan mətbuatına istinadla xəbər verir ki, ilkin məlumata görə azı 20 adam həyatını itirib, yaralananların olduğu bildirilir.
Qeyd olunur ki, zəlzələnin episentri əyalətin Xarnay şəhərinin 14 kilometrliyində, 20,8 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntıların haqqında hələ ki, məlumat verilmir.
Bizim.Media