ABŞ Silahlı Qüvvələrinin Birgə Baş Qərargah rəisi Mark Milli ABŞ-ın Əfqanıstan müharibəsində məğlub olduğunu etiraf edib.
Bizim.Media İnterfaks agentliyinə istinadən xəbər verir ki, bu fikirləri o, ABŞ Senatında keçirilən dinləmələrdə səsləndirib.
Millinin sözlərinə görə, bu müharibə ABŞ üçün strateji uğursuzluq idi.
O, "Ancaq biz onun son 20 gündə və hətta son 20 ayda itirmədik" deyib və uğursuzluğun səbəblərinin çox keçmişdə olduğunu bildirib.
Millinin fikrincə, bir sıra pis strateji qərarlar bu nəticəyə gətirib çıxarıb. Hərbi məmur Amerika qüvvələrinin "Əl-Qaidə" terror qruplaşmasını məğlub edə bildiklərini, lakin taliblərin hakimiyyətə gəlməsinin qarşısını ala bilmədiklərini xatırladıb.
Bizim.Media