Çexiyada yüksək patogenli quş qripi yayılıb.
Bizim.Media xəbər verir ki, virus Bohemiyanın Pribram şəhəri yaxınlığındakı kəndlərdən birində beş ev qazında aşkarlanıb.
Çexiya Kənd Təsərrüfatı Nazirliyi əvvəllər bu kənddə (Trxov-Dusniki) quş qripinin yayılması barədə məlumat vermişdi.
Bu, Çexiyada 2021-ci ildə quş qripinin aşkarlandığı 39-cu hadisədir. Xəstəliklə əlaqədar son səkkiz ay ərzində respublikada 250 minə yaxın quş kəsilib.
Bizim.Media