Somalinin cənubunda törədilən partlayış nəticəsində Afrika İttifaqı missiyasının tərkibinə daxil olan 7 sülhməramlı hərbçi ölüb.
Bizim.Media xəbər verir ki, hadisə Somalinin Orta Şaballe vilayətinin Maxaday şəhərində sülhməramlıların avtomobil karvanı keçən yolda quraşdırılan partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.
Partlayış nəticəsində Burundidən olan 7 hərbçi ölüb, 1 zirehli nəqliyyat vasitəsi məhv olub.
Hakimiyyət partlayışın məsuliyyətini “Əş Şabab”ın daşıdığını bildirib.
Bizim.Media