Pandemiyanın bitəcəyi konkret vaxt açıqlanıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, koronavirusa qarşı peyvənd istehsalçılarından olan, ABŞ-da yerləşən “Moderna” şirkətinin baş direktoru Stephan Bancel gələn ilin ortalarına qədər dünyada hər kəsi vaksinləmək üçün kifayət qədər dozanın mövcud olacağını söyləyib.
O, COVID-in normal keçməsi üçün bunun vacibliyini önə çəkib.
Bancel peyvənd istehsalını qarşılayacaqları təqdirdə pandemiyanın bir il ərzində bitəcəyini proqnozlaşdırıb.
Alçina Amilqızı, Bizim.Media