Plastik tulantıların dünya ekologiyasını təhdid etdiyi bir vaxtda "Microsoft" şirkəti bu cür tullantıları istehsala yönəldib.
Bizim.Media xarici mətbuata istinadən bildirir ki, şirkət yeni istehsal etdiyi naqilsiz kompüter siçanını məhz okeanlara atılan plastik tullantılardan hazırlayıb.
Cihazın üzərində üç düymə var. Enerji saxlama müddəti böyükdür.
Tullantılarda hazırlanan kompüter siçanının oktyabrın 5-də təqdimatı keçiriləcək.
Cihazın 25 dollara satılacağı qeyd olunur.
Xatirə, Bizim.Media