İki erməni qadın sentyabrın 17-də Overijssel əyalətinin (Niderland) Almelo şəhərində baş verən hadisənin qurbanı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Ümumi Xeyriyyəçi Birliyinin Niderland şöbəsi (AGBU Niderland) məlumat verib.
Sosial şəbəkələrdə yayılıb ki, Almelo şəhərində bir kişi çoxmərtəbəli binanın eyvanına çıxıb və yoldan keçənlərə arbalet tüfəngindən atəş açıb.
Nəticədə iki nəfər ölüb, daha iki nəfər yaralanıb.
Məlum olub ki, atışma nəticəsində ölən iki qadın “AGBU Niderland”ın üzvləridir. Bunlar 72 yaşlı Maral Ter-Movsesyan (qadınlar komitəsinin sədri) və 50 yaşlı Çnund Kartanakyandır.
Bizim.Media