Yeni funksiyanın tətbiqindən sonra kompüterdəki hər hansı bir şəkli "WhatsApp"-da etiket kimi göndərmək mümkün olacaq.
Bizim.Media xəbər verir ki, tətbiqin masaüstü beta versiyasında 2.2137.3 kodu ilə belə bir xüsusiyyət aşkar edilib.
Hər hansı bir şəkili etiket kimi göndərmək üçün üçün "WhatsApp" mesajların yazıldığı işarənin yanına düymə əlavə edəcək.
Hələ ki, tətbiqin nə zaman istifadəyə veriləcəyi bəlli deyil.
Bizim.Media