Ərdoğan Nyu-Yorkda Türk və Azərbaycan icmalarının üzvləri ilə görüşdü – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Nyu-York şəhərində yaşayan türk və müsəlman icmalarının üzvləri ilə görüşüb.

Bizim.Media xəbər verir ki, “Daha ədalətli bir dünya mümkündür” şüarı ilə, ABŞ-da fəaliyyət göstərən Türkiyə-Amerika Milli İstiqamətləndirmə Komitəsi TASC-ın təşkilatçılığı ilə baş tutan görüş Nyu-Yorkun Manhetten adasında “Manhattan Center”də baş tutub. Görüşdə Nyu-Yorkda yaşayan Azərbaycan icmasının fəalları da iştirak edib.

Tədbirdə çıxış edən Rəcəb Tayyib Ərdoğan COVID-19 pandemiyasının başlanğıcından indiyə kimi Amerikanın müsəlman toplumunun ehtiyacı olanlara kömək üçün apardıqları yardım kampaniyasından bəhs edib, TASC-ın müsəlman icmasının birliyi üçün fəaliyyətin məmnunluğunu ifadə edib.

Prezident Türkiyənin vaksinə ehtiyacı olan ölkələrə verdiyi dəstəkdən bəhs edib:

“Türkiyənin hazırladığı vaksini yaxın gələcəkdə bütün dünyanın xidmətinə verəcəyik. Əlimizdəki imkanları insanlıq üçün istifadə edəcəyik".

Ərdoğan Türkiyəni pandemiyadan daha ölümcül olan başqa “virus”la - İslam düşmənçiliyi ilə mübarizə apardığını bildirib. Ölkə başçısı islamofobiyanın uzun illər ərzində dünyanın qabaqcıl ölkələrində geniş vüsət aldığını deyib:

"Bu “virus” sosial barışı yerlə yeksan edən xəstəliyə çevrilib. Bir çox ölkələrdə müsəlmanların cəmiyyətlərdən kənarlaşdırılması, ayrı-seçkilik artıq adi hal alıb. Biz dinimizə və müsəlman qardaşlarımıza qarşı olan bütün mənfur əməllərin qarşısındayıq. Mübarizəmizi beynəlxalq platformalarda haqq səsimizi yüksəltməklə davam etdirəyəcik".

ABŞ-da 300 mindən çox türkün yaşadığını deyən ölkə başçısı türk icmasının Birləşmiş Ştatlardakı fəaliyyətinin ikili münasibətlərə birbaşa təsir etdiyini bildirib:

"Sizin Türkiyənin Amerikadakı elçiləri olaraq xüsusi vəzifəniz var. Türkiyə ilə ABŞ iki dost və müttəfiqdir. Bəzən fikir ayrılığı yaşasaq da, birlikdə yol aldığımız bir çox sahələr var. İyirmi milyard dollarlıq ikili ticarət dövriyyəmiz mövcuddur və hədəfimiz bunu daha da genişləndirməkdir.

Türkiyəyə qarşı qaralama kampaniyalarının aparıldığını yaxşı bilirsiniz. FETÖ-nün və digər ünsürlərin ölkəmizə qarşı apardığı çirkin əməllərini bu ölkədəki dostlarınıza danışın ki, onlar doğrunu və yalanı ayırd edə bilsinlər. Heç bir yalan həqiqət günəşinin işığında bilməz. FETÖ-nün ölkəmizə qarşı çirkin əməllər içində olanlara birlik və bərabərliklə qalib gələ bilərik”.

Dövlət başçısı sabah açılışını reallaşdıracağı "Türk evi" binasından da bəhs edərək, bu abidənin sadəcə Türkiyənin deyil, bütün müsəlmanların evi olacağını deyib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib. O, Baş Assambleyanın 76-cı sessiyasında iştirak edəcək. Türkiyə lideri beynəlxalq təşkilatın iclasının ilk günündə çıxış edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda dələduzluq edib qaçan şəxs Ukraynadan ekstradisiya olunur

Bakıda dələduzluq edib qaçan şəxs Ukraynadan ekstradisiya olunur

Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTOLAR

Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTOLAR

Livan Prezidenti Türkiyədə səfərdədir - FOTO/VİDEO

Livan Prezidenti Türkiyədə səfərdədir - FOTO/VİDEO

Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ

Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ

“Cəbiş müəllim”in qızından “Rabitəbank”a ETİRAZ - “Bizdən razılıq alınmayıb”

“Cəbiş müəllim”in qızından “Rabitəbank”a ETİRAZ - “Bizdən razılıq alınmayıb”

Yevlaxda 12 yaşlı qızın bədəninə armatur batdı

Yevlaxda 12 yaşlı qızın bədəninə armatur batdı

Gəncədə evin həyətində ocaq partladı: 70 yaşlı qadın yaralandı

Gəncədə evin həyətində ocaq partladı: 70 yaşlı qadın yaralandı

Prezidentin səfəri etdiyi şəhərdə Azərbaycan bayraqları və bannerlər quraşdırılıb

Prezidentin səfəri etdiyi şəhərdə Azərbaycan bayraqları və bannerlər quraşdırılıb

Mina partlayışında ölən qardaşının EVİNİ YANDIRDI

Mina partlayışında ölən qardaşının EVİNİ YANDIRDI

Sumqayıt sakinlərinin nəzərinə: Qazınız kəsiləcək

Sumqayıt sakinlərinin nəzərinə: Qazınız kəsiləcək

Qaxda dəhşətli qəzada ölən və yaralananların adları MƏLUM OLDU

Qaxda dəhşətli qəzada ölən və yaralananların adları MƏLUM OLDU

Elmar Məmmədov: Psixoloqların mediasiyaya cəlb olunması münaqişələrin həllidir

Elmar Məmmədov: Psixoloqların mediasiyaya cəlb olunması münaqişələrin həllidir

Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Bakı Qızlar Universitetində oxuyan tələbələrin taleyi necə olacaq? – Rəsmi qərar

Bakı Qızlar Universitetində oxuyan tələbələrin taleyi necə olacaq? – Rəsmi qərar

Qarabağ kanalında bir nəfər batıb – FHN axtarış aparır - VİDEO

Qarabağ kanalında bir nəfər batıb – FHN axtarış aparır - VİDEO

Baş nazirdən görkəmli alim Kərim Kərimovla bağlı QƏRAR

Baş nazirdən görkəmli alim Kərim Kərimovla bağlı QƏRAR

Həyətdə od qalayanların NƏZƏRİNƏ – Cəriməsi VAR

Həyətdə od qalayanların NƏZƏRİNƏ – Cəriməsi VAR

Notarius məhkəmə zalında həbs edildi

Notarius məhkəmə zalında həbs edildi

Bakı Qızlar Universiteti bağlandı

Bakı Qızlar Universiteti bağlandı

Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - FOTO

Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - FOTO

CeyLo əkizləri ilə Romada – FOTO

CeyLo əkizləri ilə Romada – FOTO

Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edildi

Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edildi

Bu il neçə nəfərə evlərində sosial xidmət göstərilib?

Bu il neçə nəfərə evlərində sosial xidmət göstərilib?

End of content

No more pages to load

RADİO