Boliviyada hamburgerin içindən insan barmağı çıxıb.
Bizim.Media xəbər verir ki, hadisə Kruz şəhərində baş verib.
Bir qadın “Hot Burger” şirkətinə məxsus hamburger yeyərkən ağzında sərt nəsə olduğunu hiss edib. Dişlədiyinin insan barmağı olduğunu anlayan qadın şoka düşüb.
Boliviyada hamburgerin içindən insan barmağı çıxıb.
Hadisədən sonra sözgedən şirkət açıqlama yayıb. Üzr videosunda həmin şəxsə qarşı lazımı addımların atılacağı qeyd edilib. Şirkətin əməkdaşları belə vəziyyətin ortaya çıxdığı üçün narahat olduqlarını qeyd ediblər. Bir daha belə bir faktın təkrarlanmayacağına söz veriblər.
Bizim.Media