Böyük Britaniya Çinin ölkəyə yeni təyin olunmuş səfiri Jenq Zequanq parlamentə daxil olmaq hüququndan məhrum edib.
Bizim.Media “The Guardian”a istinadən xəbər verir ki, bu qərar Çinin Britaniya millət vəkillərinə qarşı sanksiyalarına cavab olaraq verilib.
İcmalar palatasının sədri Lindsay Hoyl sanksiyalar ləğv edilməyincə bu qadağanın qüvvədə qalacağını açıqlayıb.
Çin səfirliyi isə Britaniya parlamentinin bu addımını “alçaq və qorxaq əməl” kimi dəyərləndirib.
Bizim.Media