Rusiya prezidenti Vladimir Putinlə iranlı həmkarı arasında telefon danışığı baş tutub. Rusiya lideri ilk fürsətdəcə İbrahim Rəisi ilə görüşmək istədiyini dilə gətirib.
Bizim.Media "ISNA"ya istinadən xəbər verir ki, prezidentlər koronavirusla mübarizə və "Sputnik V" vaksinindən də bəhs ediblər.
Beynəlxalq məsələlərə də toxunan liderlər İranın nüvə proqramını da müzakirə ediblər. Əfqanıstan məsələsi də əsas söhbət mövzularından biri olub.
Bizim.Media