Rusiya Prezidenti Vladimir Putin koronavirusdan qorunmaq üçün özünütəcrid rejiminə keçib.
Bizim.Media xəbər verir ki, məlumatı Kreml yayıb.
Bildirilib ki, V.Putinin daimi ünsiyyətdə olduğu dövlət məmurları COVID-19 infeksiyasına yoluxublar. Ona görə də Rusiya Prezidenti özünütəcrid rejimində işləyəcək.
V. Putin karantində olduğundan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşlərinə videoformatda qatılacaq.
Putinin karantində nə qədər qalacağı barədə hələ məlumat verilməyib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Vladimir Putin özünü yaxşı hiss edir.
Bizim.Media