Rusiya Hərbi Dəniz Qüvvələrinin Primore diyarındakı bazasında partlayıcı qurğu ilə davranış qaydalarını pozulması nəticəsində hərbçi ölüb.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Sakit Okean Donanmasının mətbuat xidməti məlumat verib.
Ölən hərbçinin müqavilə əsasında xidmət etdiyi bildirilib.
Fokinsk qarnizonunun komandanlığı hüquq-mühafizə orqanları ilə birlikdə ölüm faktı üzrə araşdırma aparır.
Bizim.Media