Yaponiyanın mərkəzində 6,2 maqnitudalı zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Yeraltı təkanların episentri İbaraki prefekturasında, ocağı isə 450 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Yeraltı təkanlar Tiba, İbaraki prefekturaları və paytaxt regionu daxil olmaqla, ölkənin mərkəzi hissəsində hiss olunub.
Bizim.Media
