Avtomobildə olan Ermənistan parlamentinin üzvü Zarui Postancyan çox kobud tərzdə hərbçilərdən avtomobilin saxlanma səbəbini izah etməyi tələb edib. Sərhədçilərdən müfəssəl cavab alan deputatın sifəti dəyişib və özünü daha ədəbsiz apararıb. Rusiyaya qarşı təhqirlər və millətçi şüarlar səsləndirən deputat hərbçiləri təhqir edib.
Yalnız əlavə dəstə gəldikdən sonra qızışan millət vəklini və onun yoldaşlarını sakitləşdirmək mümkün olub.
Ermənistanda antirusiya əhval-ruhiyyəsi bu Zaqafqaziya ölkəsinin Gömrük İttifaqına daxil olması qərarından sonra kəskin şəkildə yüksəlib. Ölkədə hesab edirlər ki, bu məsələdə Rusiya Ermənistana güclü təzyiq göstərib.