Rusiyanın Həştərxan vilayətində “MiQ-29” qırıcısı təyyarəsi qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən yayıb.
Aşuluk poliqonunun ərazisində qeydə alınan hadisə nəticəsində qırıcının pilotu həlak olub. Kosmik-Hava Qüvvələri Ali Komandanlığının komissiyası qəza yerinə gedib.
Bizim.Media