Ölkəni tərk edən Əfqanıstan prezidenti Əşrəf Qani Birləşmiş Ərəb Əmirliklərində olduğunu təsdiqləyib
Bizim.Media xəbər verir ki, Ə. Qani bu barədə “Facebook” hesabından etdiyi videomüraciətində bildirib.
O bildirib ki, paytaxta qan tökülməməsi üçün Kabili tərk edib:
““Taliban” paytaxta girəndə çevriliş olduğunu söylədilər, o zaman mən saraydaydım”.
O, tezliklə ölkəyə dönəcəyinə söz verib:
“Yaxın gələcəkdə ölkəmə qayıdacağam. Vətənə dönməzdən əvvəl bir sıra məsləhətləşmələr aparıram. Ədalətə nail olmaq üçün səylərimi davam etdirəcəyəm”.
Bizim.Media