İranda koronavirusun tüğyan etdiyi dövründə xəstəxanalarda acınacaqlı durum yaranıb.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, iran xəstəxanalarında həkim yoxdur.
Məlumata görə, Şuş və Kərxe şəhər xəstəxanasında həkim yoxdur. Bildirilib ki, tibb işçilərinə maaşları verilmədiyindən işləməkdən imtina ediblər.
“Müraciət edən koronavirus xəstələrinə tibbi xidmət göstərmədiyi üçün ölənlərin sayı kəskin artmaqdadır”- deyə qeyd edilib.
Bizim.Media