Misirin məhkəmə hakimiyyəti devrilmiş prezident Məhəmməd Mursinin həbs müddətinin daha 15 sutka uzadıb. Moderator.az-ın «interfaks»-a istinadən məlumatına görə, əvvəlcə baş prokuror Hişam Barakat iyulun 26-da Mursinin Fələstindəki «HƏMAS» hərəkatı ilə əlaqələrini araşdırmaq üçün saxlanıldığı haqda göstəriş vermişdi. İyulun 3-dən hakimiyyətdən uzaqlaşdırılmış Məhəmməd Mursinin saxlanıldığı yer bilinmir.