İranın müdafiə naziri Əmir Hatəmi ölkəsinin başqa dövlətlərə silah ixrac etmək potensialında olduğunu qeyd edib.
Bizim.Media “Tasnim News”a istinadən xəbər verir ki, nazir bu sözləri ordu generalları ilə keçirdiyi videokonfrans zamanı deyib.
Hatəmi görüş zamanı İranın silah sənayesindəki gələcək hədəflərindən də söz açıb:
“Tamamilə müdafiə məqsədi daşıyan raketlərimiz də daxil olmaqla, bütün silah arsenalımızı gecləndirməyə davam edəcəyik”.
Qeyd edək ki, son dönəmlərdə İranla İsrail arasında münasibətlərin gərginləşməsi fonunda rəsmi Tehranın silah sənayesini inkişaf etdirmək üçün böyük tədbirlər planı hazırladığı bildirilir.
Bizim.Media