Özbəkistanda bu il oktyabrın 24-də keçiriləcək prezident seçkilərinə namizədlərin irəli sürülməsinə başlanılıb.
Bizim.Media xəbər verir ki, son iki gün ərzində Özbəkistan Ekoloji Partiyası Mərkəzi Şurasının növbədənkənar plenumunda Narzullo Oblomurodovun, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimovun, “Milli Dirçəliş” Demokratik Partiyasının sədri Alişir Kadırovun və Özbəkistan Liberal-Demokrat Partiyasının plenumunda indiki dövlət başçısı Şavkat Mirziyoyevin prezident seçkilərinə namizədliyi irəli sürülüb.
Özbəkistan qanunlarına görə, siyasi partiyaların yaşı 35-dən yuxarı olan nümayəndələri və son 10 ildə ölkədə yaşayan vətəndaşlar prezidentliyə namizəd ola bilərlər.
Xatırladaq ki, son prezident seçkiləri 2016-ci ilin dekabrında keçirilib və Şavkat Mirziyoyev seçicilərin 88,61 faizinin səsini toplayıb. Özbəkistanda Prezident 5 il müddətinə seçilir.
Bizim.Media