"Azgəlirli ölkələrdə insan alverinin qurbanlarının yarısı uşaqlardır" - BMT Baş katibi

"Azgəlirli ölkələrdə insan alverinin qurbanların yarısı məhz uşaqlardır".

Bizim.Media xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş insan alverinə qarşı beynəlxalq mübarizə günü ilə əlaqədar dünya ictimaiyyətinə müraciətində deyib.

"Qlobal pandemiyanın artan bərabərsizlik və iqtisadi dağıntılarla müşayiət olunduğu bir vaxtda insan alverindən xilas olan və onun qurbanı olmuş insanların səsləri eşidilməmək təhlükəsi ilə üzləşib.

Halbuki məhz indi onların hekayələrini dinləmək hər zaman olduğundan daha vacibdir. Çünki COVID-19 böhranı hələ də həssaslıq və çarəsizlikləri artırmaqdadır. 124 milyondan çox insan pandemiya nəticəsində kəskin yoxsulluq səviyyəsinə düşüb. Milyonlar isə insan alveri qurbanı olmaq təhlükəsi ilə üzləşir.

Uşaqlar böyük və artan risk altındadır: onlar qlobal səviyyədə insan alveri qurbanlarının üçdə birini təşkil edir – bu isə son 15 il ərzində bu rəqəmin üç dəfə artması deməkdir. Azgəlirli ölkələrdə qurbanların yarısı məhz uşaqlardır. Onların əksəriyyəti icbari əməyə cəlb olunur.

Cinayətkarlar hər yerdə həssas əhali qruplarını müəyyənləşdirmək, onları nəzarət altında saxlamaq və istismar etmək üçün müxtəlif texnologiyalardan istifadə edirlər.

Uşaqların onlayn platformalar vasitəsilə cinsi istismar, məcburi evlilik və digər məqsədlər üçün hədəfə çevrilməsi halları artmaqdadır".

BMT Baş katibi bildirib ki, qadın və qızların cinsi istismar məqsədi ilə alveri ümumilikdə insan alverinin ən geniş yayılmış formalarından biri olaraq qalmaqdadır və əksər bölgələrdə bu şəkildə insan alverinə məruz qalanların yarıdan çoxunu miqrantlar təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ”ın legioneri Kipr klubunun HƏDƏFİNDƏ

“Qarabağ”ın legioneri Kipr klubunun HƏDƏFİNDƏ

Başındakı problemə görə xəstəxanaya gedən uşağı sünnət etdilər — Ailəsi 5500 manat təzminat aldı

Başındakı problemə görə xəstəxanaya gedən uşağı sünnət etdilər — Ailəsi 5500 manat təzminat aldı

Ali Məhkəmədən etibarsız nikahla bağlı MÜHÜM QƏRAR

Ali Məhkəmədən etibarsız nikahla bağlı MÜHÜM QƏRAR

Prezidentdən Roma Papasına MƏKTUB

Prezidentdən Roma Papasına MƏKTUB

WUF13 tədbirinin media tərəfdaşları elan EDİLDİ

WUF13 tədbirinin media tərəfdaşları elan EDİLDİ

Gürcüstandan Azərbaycana gətirilən heyvanlarda xəstəlik aşkarlandı – FOTO

Gürcüstandan Azərbaycana gətirilən heyvanlarda xəstəlik aşkarlandı – FOTO

Sürücü partlayış olan maşından belə sağ çıxdı – ANBAAN VİDEO

Sürücü partlayış olan maşından belə sağ çıxdı – ANBAAN VİDEO

Ukrayna Qroznıda hərbi hissələri vurdu – VİDEO

Ukrayna Qroznıda hərbi hissələri vurdu – VİDEO

Həmin azərbaycanlı ailəyə azyaşlı uşaqları qaytarıldı – FOTO

Həmin azərbaycanlı ailəyə azyaşlı uşaqları qaytarıldı – FOTO

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Dünyanın ən çox söyülən HEYVANI – Onlardan saat kimi necə istifadə edirdilər?

Dünyanın ən çox söyülən HEYVANI – Onlardan saat kimi necə istifadə edirdilər?

Elza tanınmış bloqeri də məhkəməyə verdi

Elza tanınmış bloqeri də məhkəməyə verdi

Çalışdığı mağazadan 23 minlik oğurluq etdi – FOTO/VİDEO

Çalışdığı mağazadan 23 minlik oğurluq etdi – FOTO/VİDEO

Rusiyadan MÜHARİBƏ MESAJI – Hədəfdəki ölkənin adı RƏSMƏN AÇIQLANDI

Rusiyadan MÜHARİBƏ MESAJI – Hədəfdəki ölkənin adı RƏSMƏN AÇIQLANDI

Əhvalınızın yaxşı olmasını istəyirsinizsə, hər gün bunları EDİN

Əhvalınızın yaxşı olmasını istəyirsinizsə, hər gün bunları EDİN

SON DƏQİQƏ! Çernobildə güclü yanğın başladı – VİDEO

SON DƏQİQƏ! Çernobildə güclü yanğın başladı – VİDEO

Şərur rayonunda qaz KƏSİLDİ

Şərur rayonunda qaz KƏSİLDİ

Bərbərdəki tanışına balta ilə hücum çəkdi – ANBAAN VİDEO

Bərbərdəki tanışına balta ilə hücum çəkdi – ANBAAN VİDEO

Ağsu dolaylarında TORPAQ SÜRÜŞMƏSİ - FOTO

Ağsu dolaylarında TORPAQ SÜRÜŞMƏSİ - FOTO

“İmişli” “Zirə”yə, “Sabah” “Kəpəz”ə qarşı

“İmişli” “Zirə”yə, “Sabah” “Kəpəz”ə qarşı

“7 Gözəl” şadlıq evində nöqsanlar aşkar edildi – FOTO

“7 Gözəl” şadlıq evində nöqsanlar aşkar edildi – FOTO

Naxçıvan sakinlərinə pensiya ilə bağlı ŞAD XƏBƏR

Naxçıvan sakinlərinə pensiya ilə bağlı ŞAD XƏBƏR

Evlənmək istəyən gəncləri maraqlandıran SUAL – İpoteka ilə ev almaq, yoxsa kirayədə YAŞAMAQ? – ARAŞDIRMA

Evlənmək istəyən gəncləri maraqlandıran SUAL – İpoteka ilə ev almaq, yoxsa kirayədə YAŞAMAQ? – ARAŞDIRMA

Şəkili şahmatçı Beynəlxalq Usta adını QAZANDI

Şəkili şahmatçı Beynəlxalq Usta adını QAZANDI

End of content

No more pages to load

RADİO