İsrailin Prezidenti İsaak Herzoq yeni növ koronavirus (COVID-19) əleyhinə peyvəndin üçüncü dozasını vurdurub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "Times of Israel" nəşri yayıb.
Prezident Herzoq bildirib ki, bu, ölkədə sosial həmrəylik göstərmək üçün vacib addımdır.
"Üçüncü dozanı peyvənd edən ilk ölkə olmağımızla qürur duyuram",- Prezident peyvənd vurdurmazdan öncə bildirib.
Onunla yanaşı xanımı Mihal Hersoq da peyvənd olunub.
Qeyd edək ki, İsraildə 60 yaşdan yuxarı şəxslərə üçüncü doza peyvənd vurulmasına başlanıb.
Bizim.Media