Türk Hava Qurumunun (THY) 20 hava vasitəsi ölkənin müxtəlif bölgələrində başlayan meşə yanğınlarının söndürülməsində iştirak edir.
Bizim.Media Anadolu agentliyinə istinadla xəbər verir ki, bununla bağlı qurumdan açıqlama verilib.
Məlumatda bəzi media qurumlarında THY-nin yanğınlarda iştirak etmədiyi ilə bağlı yalan məlumatların yayıldığı bildirilir.
Qeyd edilib ki, hazırda üç ədəd min litr tutum gücünə malik “Beriev BE -200” amfibiya yanğınsöndürmə təyyarəsi, 15 ədəd "Mi-8" və iki ədəd "CH-47 Chinook" helikopteri başda olmaqla ümumilikdə 20 hava vasitəsi ölkənin müxtəlif bölgələrində baş verən yanğınlara müdaxilə edir.
Bizim.Media