Türkiyənin Antalya şəhərinin Manavgat bölgəsində güclü meşə yanğını olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya vilayət rəhbərliyi tərəfindən açıqlanıb.
"Yanğının söndürülməsinə 2 təyyarə, 15 helikopter, altı buldozer və 106 yanğınsöndürən maşın cəlb edilib", deyə administrasiyadan bildirilib.
NTV kanalı tərəfindən yayımlanan videoda yaşayış binalarının yaxınlığında şəhərin üzərindən qara tüstü çıxdığı görsənir.
Yanğın günortadan sonra yaxınlıqdakı meşədə, daha iki ərazidə baş verib. Güclü külək səbəbindən alov sürətlə ətrafa yayılıb. Üç yaşayış sahəsinin sakinləri təxliyyə olunub.
Bizim.Media