Belarusun “Belavia” aviaşirkəti Minskdən Antalyaya uçan təyyarənin istiqamətini dəyişərək Moskvaya doğru hərəkət etməsinin səbəbini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə şirkətin Mətbuat xidməti açıqlama yayıb.
Bildirilib ki, uçuş zamanı təyyarənin mühərrikinin nasaz olması ilə bağlı siqnalizasiya işə düşüb. Bu səbəbdən təyyarə Moskvaya uçub.
Məlumata görə, təyyarənin göyərtəsində 189 sərnişin, 7 ekipaj üzvü olub:
“Sərnişinlərə yemək, içmək verilir. Yaxın zamanda sərnişinləri Antalyaya aparmaq üçün ehtiyat təyyarə göndəriləcək”.
Bizim.Media