Ukraynanın paytaxtı Kiyevdə “kabus” ləqəbli uzun zamandır axtarılan Azərbaycan vətəndaşı oğru saxlanılıb.
Bizim.Media xəbər verir ki, Kiyev şəhər polisinin məlumatına görə, Bakı şəhər, Səbael rayonunda qeydiyyatda olan, 1967-ci il təvəllüdlü Kərimov Şahin Abbas oğlu ötən gün saxlanılb.
Onu paytaxtın Peçerskiy rayon polisi xüsusi əməliyyat nəticəsində tutub.
“Kabus” adlandırılan azərbaycanlı oğru uzun zamandır müxtəlif statuslu ailələrin evlərinə girib qarətlər edib.
Ötən günə qədər müxtəlif səylərə baxmayaraq, onu yaxalamaq mümkün olmayıb.
Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. (report)
Bizim.Media
