Kiyev sakini xilasedicilərin onu necə axtardığına tamaşa edib.
Bizim.Media “REN TV”yə istinadən xəbər verir ki, Ukrayna paytaxtında bir qadının itməsi barədə xəbərlər yayılıb və onun çayda boğulduğu iddia olunub.
İnsident yerinə gələn xilasedicilər çayın kənarında həmin qadının paltarlarını aşkarlayıb və çayda axtarışlarına başlayıb. Sən demə, o, prosesə kənardan tamaşa edib.
İki saat maraqla seyr etdikdən sonra xilasedicilərə yaxınlaşıb və burada nə baş verdiyini, onların kimi axtardığını soruşub.
Məəttəl qalan FHN əməkdaşları biliblər ki, boğulan və meyiti axtarılan ukraynalı xanım əslində sağ-salamat imiş.
Bizim.Media