Madaqaskarın prezidenti Andri Radzuelinanın həyatına sui-qəsdin qarşısı alınıb.
Bizim.Media “France Presse”ə istinadən xəbər verir ki, hökumət sui-qəsdin qarşısını alıb.
Əməliyyat nəticəsində Madaqaskar sakinləri ilə yanaşı, fransız da saxlanılıb.
Həbs olunanlar arasında fransız qarışığı olan madaqaskarlı Pol Rafanxarana və fransız Filipp Fransua var. Pol öz evində, Fransua vətəninə, Fransaya qaçmaq üçün təyyarə gözləyərkən hava limanında nəzarətə götürülüb.
Bizim.Media