Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radanın 1 iyul 2021-ci ildə qəbul etdiyi "Ukraynanın yerli xalqları haqqında" qanunu imzalayıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “flot2017.com” saytı Prezident Aparatının mətbuat xidmətinə istinadən yayıb.
Mənbə yazır ki, sənəd "Ukraynanın yerli xalqı" anlayışını özündə cəmləşdirir, yerli əhalinin hüquqlarını müəyyənləşdirir və onların təmsiledici orqanlarını tanıyır.
Qanunda qeyd olunub ki, Krım yarımadası ərazisində meydana gələn Krım tatarları, karaimlər və kırımçaklar Ukraynanın yerli xalqları hesab edilir.
Sənəd yerli xalqların mədəni, informasiya və digər hüquqlarının qorunmasına, Ukrayna dövləti ilə işləmə mexanizmlərinin təmin edilməsinə yönəlib.
Qanun dərc olunduğu gündən qüvvəyə minib.
Bizim.Media