İsrailin "Aşdod" klubunun baş məşqçisi Ran Ben Şimon Bakıda "Qarabağ" ilə keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransı keçirib.
Məşqçi “Qarabağ”ı belə dəyərləndirb:
"Rəqib keyfiyyəlti oyun göstərir. Son mövsümü bir xal fərqlə “Neftçi”yə uduzduqlarını bilirik. Yüksək səviyyəli oyunçuları var. Bu komandanın bəzi futbolçuları Azərbaycan millisindədir və yığmanın son illərdəki irəliləyişi hiss olunur. Təbii ki, “Qarabağ”a hörmətlə yanaşırıq".
“Qarabağ”dan çəkinirsiniz" sualıni isə Ran Ben Şimon gülərək belə cavablandırıb:
"Həyatda yalnız həyat yoldaşımdan çəkinirəm. Çünki o, güclü şəxsiyyətdir".
Bizim.Media