Tacikistandakı Rusiya tankları Əfqanıstan sərhədinə doğru hərəkət edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” agentliyi Mərkəzi Hərbi Dairənin açıqlamasına istinadən yayıb.
“Qarşıdan gələn ortaq taktiki təlim çərçivəsində Tacikistanda yerləşən Rusiyanın 201-ci hərbi bazasına məxsus T-72 tankları Liara poliqonundan Əfqanıstanla həmsərhəd olan Harb-Maidon poliqonuna 200 km-lik bir yürüş etdilər”. Açıqlamada belə deyilir.
Rusiya və Tacikistan hərbçiləri komanda məntəqələrində yerləşiblər, atəş mövqeləri üçün mühəndis işləri görüblər və hərbi texnikanı kamuflyaj ediblər.
Avqust-sentyabr ayları arasında Rusiya və Orta Asiya respublikaları Əfqanıstan sərhədində bir sıra ortaq hərbi təlimlər keçirəcəklər.
Bizim.Media