Fransa yoluxma sürətinin daha yüksək olduğu koronavirus pandemiyasının dördüncü dalğasına qədəm qoyub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi ölkənin Nazirlər Kabinetinin iclasında hökumətin rəsmi nümayəndəsi Qabriel Attala istinadən yayıb.
O, qeyd edib ki, son həftə ərzində yeni yoluxanların sayı iki dəfə artıb. Hazırda ölkədə hər gün 10 minə yaxın insan koronavirusa yoluxur.
80% hallarda xəstələrdə “Delta” variantı müşahidə olunur.
Bizim.Media