Kanada dövlət sərhədlərini tam peyvənd olunan amerikalılar üçün avqustun 9-u, dünyanın digər ölkələrinin vətəndaşları üçün isə sentyabrın 7-si açacaq.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "TASS" agentliyi Kanadanın ictimai təhlükəsizlik və fövqəladə vəziyyətlərə hazırlığın təmin edilməsi naziri Uilyam Blerə istinadən yayıb.
"Avqustun 9-dan tam peyvənd olunan ABŞ vətəndaşları Kanadaya gələ biləcəklər. Sentyabrın 7-si biz sərhədlərimizi müəyyən tələblərlə digər ölkələrin tam peyvənd olunan vətəndaşları üçün açacağıq". U.Bler jurnalistlərə açıqlamasında belə deyib.
Nazir əlavə edib ki, tam peyvənd olunan xarici vətəndaşlar 14-günlük karantin müddətindən azad ediləcəklər.
Bizim.Media