Qətərin paytaxtı Doha şəhərində Əfqanıstan rəsmi hökumətinin nümayəndələri ilə Taliban arasında görüş keçirilib.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, tərəflər arasında müzakirələr müsbət nəticə verib.
Belə ki, görüşün yekunu olaraq sülh danışıqlarının davam etdirilməsində razılıq əldə edilib.
Məlumata görə, əfqan hökuməti ilə Taliban ədalətli həll yolunu çatmaq üçün müzakirələri sürətləndirmək məsələsində eyni fikirə gəlib.
Tərəflər “Əfqanların maraqlarını qarşılayan İslam ölkələrinin fikirlərinə uyğun razılaşma əldə olunmasının vacibliyini” qeyd ediblər.
Qeyd edək ki, tərəflər yeni toplantının ünvanı və zamanı haqqında tarix verməyib.
Bizim.Media