Almaniyanın Anhalt-Bitterfeld bölgəsində təyyarə qəzaya düşüb.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.
Məlumata görə, təyyarənin göyərtəsində 4 nəfər olub. Pilotla yanaşı, 14 və 17 yaşlı iki yeniyetmə həyatlarını itiriblər. Bir nəfər isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Təyyarənin hansı səbəbdən qəzaya uğradığı hələ ki məlum deyil.
Bizim.Media