Kanadanın Britaniya Kolumbiyası ştatında anomal istilər nəticəsində 800-dən çox insan həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı CTV telekanalı əyalətin məhkəmə tibb xidmətinə istinadən yayıb.
Mənbə yazır ki, 25 iyun - 1 iyul tarixləri arasında havanın temperaturu 40 dərəcəni keçib və bunun nəticəsində əyalətdə 808 nəfər anomal havanın qurbanı olub.
Ən çox ölüm sayı (300 nəfər) 29 iyun tarixinə təsadüf edib. Ölüm halı əsasən təqaüdçülər arasında qeydə alınıb.
Bizim.Media